Ölkə futbolu
Hardasan ay Məşədi Kazım?
İdman mətbuatının acınacaqlı durumda olduğu heç kimə sirr deyil. İstidə, soyuqda gecə-gündüz stadionlarda illərimizi boşa veririk. Hətta eşitdiyimə görə, vəziyyət o həddə çatıb ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri bir-birinə qarğış eliyəndə “səni görüm idman jurnalisti olasan” deyirlər...
Təbii ki, bu sahəni seçdiyimizə görə kimisə günahlandıra bilmərik. Adama deyərlər “xoşuna gəlmirsə, get özünə başqa sənət seç”. Gəl ki, lənətə gəlmiş futbol və jurnalistika sevgisi buna imkan vermir. Həm də bu gün-sabah 40 yaşına çatacaq birisi bundan sonra gedib hüquqşünas, bərbər, yaxud həkim olası deyil ki...
İdman mətbuatının acınacaqlı durumda olmasının bir səbəbi də bu sahəyə təsadüfi gələnlərdi. Bir ara bəzi klubların “hər yoldan keçənə” pul paylaması səbəbindən hərə əlinə bir noutbuk alıb oldu “baş redaktor”. İndi də danışanda özlərini “illərin jurnalisti” kimi təqdim edirlər. Reklam almaq üçün min hoqqadan çıxanları, səfərə aparılmaq üçün göz yaşı tökənləri heç demirəm. Bəlkə də 10-15 il əvvəl olsaydı, asıb-kəsərdim. Amma indi elə bir dövrə gəlib çatmışıq ki, insan heç kimi qınaya bilmir. Düşünəndə ki, evdə balan acdı, özündən əskiklərin qarşısında alçalmağa da məcbur qalırsan... Amma sözümün mustafası idman mətbuatının halına yeddiyaylıqlı ağlamaq deyil. Onsuz da görünən kəndə nə bələdçi... Bilmirəm günahkar bu sahənin peşəkarlarıdı, ya naşıları, amma o dəqiqdir ki, son zamanlar idman mətbuatı lap urvatsız olub. AFFA və klubların əksəri media adı gələndə ağız büzürlər. Sanki bunlar hamısı “kristaldı”. “Otkad”la işləyənlər, “5 əvəzinə 10 yazanlar” özlərini elə aparırlar ki, sanki aydan arı, sudan durudular... Deyəsən, yenə mətləbdən uzaqlaşıram axı...
Bilənlər bilir, 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bayram günündə hər kəsin təbrik, xoş söz gözlədiyi adamlar olur. İdman mətbuatı da o cümlədən. Nəsə bir xoş söz eşidəndə, kimdənsə diqqət görəndə, heç olmasa ildə bir gün bu sahəni seçdiyin üçün özünə nifrət eləmirsən. İnsafən 5-10 il əvvələ kimi idman mətbuatına bir balaca diqqət var idi. Klublardan kimisi tort, kimisə hədiyyə göndərirdi. “Cek pot” isə AFFA idi. İndi bəzilərinin bəyənmədiyi Rövnəq Abdullayevin, Elxan Məmmədovun dövründə hər bayramda jurnalistlərə bahalı hədiyyələr təqdim olunardı. Mobil telefon, televizor, planşet və s. Baxma ki, indi bəziləri Rövnəq Abdullayevin, Elxan Məmmədovun adı gələndə ağız büzür, o vaxt redaksiyalar var idi ki, tədbirə getmək üçün əməkdaşlar az qalırdılar bir-birilərinə bıçaq çıxartsınlar... Amma son illər əvvəlcə klublar bu “ənənəni” yığışdırdılar. İndi ancaq feysbuk səhifələrində iki cümləlik şablon təbriklə kifayətlənirlər. Nəsə desən, cavab verəcəklər ki, “reklam veririk də, get Allahına şükür elə”. Sən də məcbur qalıb susacaqsan... Klublardan fərqli olaraq AFFA son illər “yeyib-içmək” taktikasına keçib. Yəni il boyu işləyənlərə ölkənin futbol federasiyasının bayram günündə hədiyyəsi olur “2 şiş kabab, 150 qram araq”. Bu il isə AFFA daha unikal variant seçib. Bayrama 12 gün qalmış (yəqin iyulun sonuncu 10 günlüyündə ya kiminsə vacib işi var, ya da kimlərsə həmin vaxt tətildə olacaqlar) AFFA idman jurnalistlərini “pivnoy”da bir araya gətirir, “Beer hall”da. Bəli, “Beer hall” bahalı yerdi, heç də hər idman jurnalistinin maddi durumu orda oturmağa imkan vermir, razıyam bütün bunlarla. Amma hara fırladırsan fırlat, “pivnoy”du da. İdman mətbuatı həqiqətən bu günə qalıb? Biz hansı ara “pivnoy” səviyyəsinə endik?
Bu cızma-qaranı oxuyub məni qınayan, “hədiyyə söhbəti eləməkdə” günahlandıranlar, “adam belə şeyləri yazmaz”, “elədiyi söhbətə bax e” deyənlər olacaq. Amma bu söhbətlər onsuz da kənarda gedir. Sadəcə heç kim bunu birbaşa AFFA-dakılara çatdırmır. Ok, qoy mən yenə pis adam olum, amma ürəyimdəkiləri deyim. Hörmətli AFFA, görəsən, mətbuat gününü “pivnoy”da qeyd etmək kimin ideyasıdır? Yaxud mətbuatı yığıb dəstək olmaq istədiyini deyən AFFA prezidentinin mediaya qoyduğu hörmət budur? Bəs dindar, inanclı jurnalistləri düşünmürsüz? (Təbii ki, söhbət əsl dindarlardan gedir) Belə çıxır ki, həyatı boyu dini baxışına görə bu cür məkanlardan qaçan idman jurnalistinin bayramı qeyd etməyə haqqı yoxdur?..
Suallar çoxdu, cavablar isə yoxdu. Kim bilir, bəlkə axşam suallarımın bəzilərinə cavab tapa bildim. Təbii ki, əgər bu cızma-qaradan sonra məni “Beer hall”un qapısından geri qaytarmasalar -:)
P.S. Dünən belə bir cızma-qara etmək istədiyimi 2-3 həmkarıma dedikdə, “bəlkə tədbirdən sonra yazasan” təklifini etdilər. Mənsə hesab edirəm ki, ən yaxşısı əvvəldən yazmaqdı. Qoy bu yazdıqlarıma AFFA-nın narazılığı, etirazı varsa, buyurub üzümə desin. Necə ki mən kənarda olan söhbətləri birbaşa yazdım. Odur ki, vaxtınızı çox almayım, 21:00-da “pivnoy”da görüşənə kimi...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
- “Tuluza”nın yetirməsi “Sumqayıt”da
-
22:00
Emreli millimizi məğlubiyyətdən xilas etdi VİDEO
-
19:46
“Qəbələ” “Karvan-Yevlax”ın müqavimətini qıra bilmədi
-
18:55
Millimiz Litva ilə heç-heçə etdi
-
18:07
“Araz-Naxçıvan” uduzdu
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:42
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
27.09.2026
26.09.2026
25.09.2026























