4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

"Bakı-Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışına bu gün yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, Tərtərdə start götürən V mərhələ Xankəndidə başa çatacaq.

Velosipedçilər Ağdam, Füzuli və Şuşadan keçməklə 181,3 kilometr məsafəni qət edəcəklər.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31