3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələndi

"Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azərbaycan Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən "Qəbələ" - "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2500 manat, meydana kənar əşya atılması isə 2000 manat ziyana salıb.

Mayın 10-da baş tutan "Neftçi" - "Şamaxı" oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31