Ölkə futbolu
Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi
- Qış fasiləsində “Araz-Naxçıvan”ın baş məşqçi postunda edilən dəyişiklik hələ də müzakirə olunur. Elmar Baxşıyevin Andrey Demçenko ilə əvəzlənməsinə səbəb nə oldu?
- Bu, futbolda olan hallardır. Elmar Baxşıyevlə aramızda hər hansı bir narazılıq yoxdur. Lakin belə qərara gəldik ki, Baxşıyevlə yollarımızı ayıraq. Bu, klubun daxilində olan məsələlərdir. Mən günahkar axtarmıram. Buna normal hal kimi yanaşıram. Bu məsələnin hələ də gündəmdə qalmasını da bir az başa düşmürəm. Yenə də Elmar Baxşıyevə yaxşı mütəxəssis kimi baxıram. Futboldur, bəlkə gələcəkdə yenə də yollarımız kəsişə bilər. Lakin baş məşqçi məsələsi artıq qapanıb.
- Razılaşırsınız ki, baş məşqçi dəyişikliyindən sonra komandanın nəticələri müsbətə doğru dəyişmədi?
- Burada məsələ Elmar Baxşıyev, yaxud Andrey Demçenkodan getmir. Artıq 22-23 ildir ki, futboldayam. Hər bir idman növündə elədir ki, pulun varsa, komandan yaxşı olacaq. Pulun yoxdursa, çətindir.
- Axı yayda “Araz-Naxçıvan” heyətini yaxşı legionerlərlə gücləndirdi...
- Bəli, yaxşı legionerlər gəldilər, lakin tutuzdura bilmədilər. Demçenkonun da qış fasiləsində komanda ilə birgə 10-12 gün vaxtı oldu. Bütün günahı məşqçilərin üzərinə atmaq olmaz. Düzdür, nəticə uğursuzdursa, bunda baş məşqçinin də payı var. Biz yayda heç bir futbolçunu baş məşqçinin razılığı olmadan transfer etməmişik. Hər bir futbolçuya Elmar Baxşıyev, Rasim Ramaldanov, Ceyhun Sultanov birgə baxıblar. Yəni hər biri baş məşqçinin istədiyi futbolçular idi. Lakin mən bu transferləri uğursuz sayıram. Demçenko Keytanı hər matçda oynadır, Elmar Baxşıyev isə ona şans vermirdi. Bir dəfə hətta ona sual verdim ki, biz pul verib Keytanı ehtiyatda oturtmaq üçün gətirmişik? Elə idisə, həmin pula 2-3 azərbaycanlı götürərdik, komandada püxtələşərdilər.
- Hamidu Keyta da Elmar Baxşıyevin razılığı ilə gəlmişdi?
- Heç bir transfer baş məşqçinin razılığı olmadan reallaşdırılmayıb. Məsələn, hazırda “Şamaxı”da əla çıxış edən Dioqo Balau, yaxud Karim Rossi daha əvvəl bizə təklif olunsa da, Elmar Baxşıyev onlardan imtina etmişdi. Halbuki bu gün hər ikisi “Şamaxı”da aparıcı futbolçulardır. Bunu deməkdə məqsədim odur ki, transferlər baş məşqçinin razılığı olmadan reallaşdırılmayıb.
- Demçenkoya növbəti mövsüm üçün də şans veriləcək?
- Növbəti mövsümlə bağlı bir məsələni açıqlayım. Mənim özümün Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır.
- Nəyə görə?
- Bilirsiniz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq. 2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından. Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı, UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi. Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır.
- Getmək ehtimalınız yüksəkdir, yoxsa qalmaq?
- Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var. Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür. Belədə sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən. Mən isə belə şeyə öyrəşməmişəm.
- Bəs siz Naxçıvan Futbol Federasiyasının rəhbəri postundan getsəniz, “Araz-Naxçıvan”ın taleyi necə olacaq?
- Hələ vaxt var. Zaman necə olacağını göstərəcək. Amma dediyim kimi, mən gözlədiyim dəstəyi görmədim. Kiməsə məcburən komandaya sponsorluq et də deyə bilmərik. Sadəcə bilmək lazımdır ki, bu komanda Naxçıvanı təmsil edir. Cari mövsüm bu büdcə ilə 5-6-cı yerdəyiksə, bunun özü yaxşı nəticədir. Əlbəttə, udmalı olduğumuz matçlar da var idi. Hansılar ki, xal itirməsəydik, indi 46-47 xalımız olacaqdı. Oldu, keçdi. Nəticələrə ehtiyat oyunçular skamyasının da təsiri var. 4 aydır ki, komandanın aparıcı futbolçusu olan Vandersen Melo zədə səbəbindən oynamır. Onun yerində Coşqun Diniyev, Mustafa Əhmədzadə oynayır. Əslində Bar Kohenə də şans vermək mümkündür. Normal ödənişli də futbolçudur. Lakin baş məşqçi onu oynatmır. Təbii ki, buna görə baş məşqçiyə nəsə deyə bilmərik. Bir sözlə, hər şey maliyyəyə bağlıdır. Ad olaraq komanda qalsın, növbəti il aşağı liqaya düşsün – mən bunu qəbul edə bilmərəm. “Keşlə”də 2 dəfə kuboku qazandıq, 1 dəfə üçüncü olduq, avrokuboklarda çıxış etdik. Hazırkı vəziyyətdə isə 4-5 milyonla iddialı komanda formalaşdırmaq demək olar ki, mümkünsüzdür. Dediyim kimi, hərənin öz baxışı var. Bu da mənim yanaşmamdır. “Araz-Naxçıvan” kimi formalaşmış komandanı itirmək olmaz. AFFA rəhbərliyi ilə bu barədə söhbətimiz olacaq.
- Hər halda AFFA rəhbərliyi sizin kimi sponsorun futboldan getməsini istəməz...
- AFFA rəhbərliyi sağ olsun, hər zaman bizə dəstək olurlar. Lakin bu, klubdur. AFFA hər klub üçün sponsor axtarmalı deyil ki. Hazırda “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz” kimi klublarla rəqabət aparmaq bir qədər çətindir. Büdcələr arasında fərq böyükdür. Mən Naxçıvan futboluna cavabdehəm. Tək qaldığıma görə bir qədər çətindir. Builki çempionat çox gərgin keçir. Demək olar ki, “Sabah” çempiondur artıq. Orada da baş məşqçi işi görünür. “Qarabağ” gözlənilmədən çempionluğu əldən verdi. “Sabah” oyunu ilə qızıl medalara layiqdir. Düzdür, hələ birinci yeri rəsmiləşdirməyiblər, lakin mən yenə də indidən onları təbrik edirəm. İnanmıram ki, “Sabah” bu üstünlüyü əldən versin.
- Sizcə, komanda Naxçıvanda oynasaydı, yerli iş adamlarından dəstək gələrdi?
- Bu da səbəb ola bilər. Lakin komandanın Naxçıvanda oynamamasının səbəbkarı biz deyilik axı. Stadion təmir olunmalıdır. Əvvəl bu barədə söhbətimiz olmuşdu. Lakin həmin layihə qəbul olunmadı. İndi orada iyundan iş başlayacaq. Belə başa düşdüm ki, bu, kompleks təmir olacaq və qısa müddət çəkməyəcək. Məgər biz Naxçıvanda oynamaq istəmirik? Təəssüf ki, “Araz-Naxçıvan” infrastrukturla bağlı problemləri var. Avtobus bir yana, adicə məşq etməyə belə yerimiz yoxdur. Bir dəfə zəng vurub ondan xahiş edirəm, gələn dəfə bir başqasından. İkinci dəfədir “Liv Bona Dea Arena” təmirə bağlanır, məcburən gedib Sumqayıtda oynayırıq. Komanda sanki ortalıqda qalıb. Halbuki 2 il əvvəl daha az büdcə ilə qazonu da dəyişə bilərdik, işıqlandırma sistemini qaydasına salmaq mümkün idi. Naxçıvanda oynamaq bizə də sərf edir. Hər matça an azı 8-10 min adam gələcəkdi. Adicə bileti bir manata satanda vergisini çıxdıqdan sonra komandanın xərclərinə də kömək olacaqdı.
- Komandanın Naxçıvanda oynamasını əngəlləyən səbəblərdən biri də VAR sistemi göstərilirdi. Bu, nə dərəcədə doğrudur?
- Mən o məsələni də danışmışdım. Yeni VAR maşını alınacaqdı və daim Naxçıvanda qalacaqdı. Çünki başqa variant da yox idi. Hər dəfə VAR maşını Bakıdan Naxçıvana gedib-gələ bilməzdi.
- Ceyhun Sultanovun “Araz-Naxçıvan”ın yeni prezidenti olacağı barədə deyilir...
- Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm. Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir.
- Bu yaxınlarda “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin hakimlərlə bağlı sərt çıxışı oldu. Həmin çıxışdan sonra belə fikir formalaşıb ki, sanki iş adamlarını futboldan soyudurlar. Ola bilər ki, bu gün məhz sizi də futboldan küsdürüblər?
- Xeyr, elə deməzdim. Mən də Ehtiram bəyə hörmətlə yanaşıram, futbolu sevən adamdır, yatırımlar edir. Hakim səhvləri də futbolun ayrılmaz tərkib hissəsinə çevrilib. Ona qalsa, bizim də oyunlarımızda dəfələrlə hakim səhvləri olub. Təbii ki, bu səhvlər nəticəyə təsir edir. 2-3 tur qabaq bizim də narazı qaldığımız məqamlar var idi. Oyun zamanı bir qədər çılğın oluruq. Lakin sonradan vəziyyətin təhlilinə baxarkən gördük ki, bəli, hakim düzgün qərar vermişdi.
Yeri gəlmişkən, onu da deyim ki, mən bütün futbol verilişlərinə baxıram. Bilmədiyim məqamları öyrənirəm, maraqlı təhlillər edirlər. Mən həmişə jurnalistlərə hörmətlə yanaşıram. Elə olur ki, təhlillərdən nəsə öyrənirəm, bunu da özüm üçün normal sayıram. Amma “İdman” kanalında Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov nədənsə daim “Araz-Naxçıvan” haqqında mənfi fikirlər səsləndirir. Xaqani müəllimlə çoxdan tanışıq. Hələ o, hakim olan vaxtlardan. Görəndə özündən də soruşacam, sadəcə mənə maraqlıdır, son 6 ayda hər bazar ertəsi o, ancaq “Araz-Naxçıvan”ın əleyhinə danışır. Bilmirəm niyə? Digər komandalardan danışırlar, növbəti “Araz-Naxçıvan”a çatanda başlayırlar ki, xaosdur, bilinmir nə komandadır, buna futbol ictimaiyyəti də baxır axı. Niyə komanda haqqında mənfi rəy yaratmağa çalışırlar? Əgər Xaqani Məmmədovun Azərbaycan futboluna canı yanırsa, əksinə, dəstək olsun, Naxçıvan stadionundan danışsın. Bəlkə nəyəsə faydası oldu. Bütün komandaları təhlil edirlər, növbə “Araz-Naxçıvan”a çatanda Xaqani müəllim xəncəri götürüb düşür komandanın üstünə (gülür). Verilişə futbolçular da baxır. Qərəzi hakimlərdən çox Xaqani Məmmədovun bu cür açıqlamalarında görürəm. Keçən dəfə Tərlah Əhmədovla birgə danışırlar... Tərlan Əhmədov yaxın keçmişə nəzər salsaydı, inanmıram elə sözlər deyərdi. Çox şeyləri açıqlamaq olmur. Belə olmaz da. Komanda udanda da mənfi fikirlər səsləndirirlər, uduzanda da. Komandanın içində xaos var deyirlər. Belə maraqlıdırsa, futbolu ürəkdən sevirlərsə, Xaqani Məmmədov gəlsin məndən soruşsun, vəziyyətlə maraqlansın. Fritz Stuçlik də getdi, hamı da getdi, indi düşüb “Araz Naxçıvan”ın üstünə.
- Naxçıvan Futbol Federasiyasından getmək ehtimalınız futzala da aiddir?
- Hazırda futzalda ciddi problem yoxdur. Yeni dövr başlayıb. Baş məşqçi Yevgeni Kukseviç cavanlardan ibarət komanda formalaşdırıb.
- Onun işindən razısınız?
- Biz onun üçün şərait yaratmışıq. Bu yaxınlarda komanda Gürcüstanda, Qazaxıstanda toplanışda oldu. Uduzsalar da, oyunçular təcrübə qazanırlar. Yəni futzalda iş gedir. Amma böyük futbolda bir qədər ağır olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
00:41
Ayxan Abbasov məğlubiyyəti şərh etdi: “Geriyə daha tez qayıtmaq lazımdır”
-
00:23
Əliyar Ağayevin idarə etdiyi oyunda Belarus sevindi
-
23:56
Azərbaycan millisi Maltaya uduzdu
-
23:43
Vüsal İsayev: “Federasiya tərəfindən uğur qazanmağımız üçün hər cür şərait yaradılmışdı”
-
23:21
Ramiz Çovdarov: “Bizə güc verən bu dəstək idi”
-
23:07
Taleh Nəsibov: “Millimiz Avropa çempionatına çox yaxşı hazırlaşmışdı”
-
22:35
Elşad Quliyev: “Çalışacağıq ki, bu uğurların ardı gəlsin”
-
22:08
Sadıq Sadıqov dünyasını dəyişib
-
21:42
Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi
-
21:24
Azərbaycan - Malta: Start heyətləri açıqlandı
-
19:51
Millimiz Macarıstana məğlub oldu
-
18:13
Zaur Həşimov rəsmən “Şəfa”da
-
18:00
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
-
17:39
"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi
-
16:57
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
-
16:26
"Şamaxı"da yeni müqavilə
-
16:08
“Turan Tovuz”un məsələsi Parlamentdə müzakirə olundu
-
15:45
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
-
15:34
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
-
14:51
“Qurban Qurbanov “Slaviya”ya getməməyimi məsləhət gördü, çünki...” VİDEO
-
14:16
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
-
13:42
Berezutski istefaya göndərildi
-
13:29
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
-
12:53
“Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır”
-
12:37
Slovakiyanın səfiri: “Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm”
-
12:00
Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri start götürüb
-
11:45
"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb
-
11:28
Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
-
11:14
İspaniya millisi İraqla heç-heçə oynadı VİDEO
-
10:56
"Karvan-Yevlax" Qavi Tompsonla vidalaşıb
-
10:31
Prezident Avropa çempionu olan minifutbol millimizi təbrik etdi
-
10:12
Minifutbol millimizin finaldakı qələbəsi və çempionluq sevinci VİDEO
-
09:23
Orxan Məmmədov: “Millinin ikinci dəfə Avropa çempionu olması böyük hadisədir”
-
09:00
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
00:47
Elşad Quliyevdən qələbə şərhi
-
23:42
Minifutbol millimiz ikiqat Avropa çempionu oldu
-
19:54
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
-
19:18
Faiq Qarayev: “Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik”
-
18:49
Voleybol millimizin Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
18:00
"Karvan-Yevlax" daha bir legionerlə yollarını ayırdı
-
17:35
Tellur Mütəllimovla yeni müqavilə imzalandı
-
17:23
"Qarabağ" 500 min avroya bosniyalı qapıçı transfer edir
-
17:02
Almaniya klubunda yeni baş məşqçi
-
16:51
PFL “Ayın qolu” layihəsinin bu mövsüm üçün sonuncu qaliblərini açıqladı
-
16:17
"Qəbələ" kapitanı ilə vidalaşdı
-
15:48
Yankoviç "Qarabağ"da qalır?
-
15:34
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
-
15:06
Amin Seydiyev "Sabah"dan getdi
-
14:19
İngiltərə klubunda baş məşqçi ayrılığı
-
13:53
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
06.06.2026
05.06.2026
04.06.2026























