18 Noyabr 2026, Çərşənbə
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Digər idman növləri

Sahib Ələkbərov: “24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək”

“Torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfədir bu bölgədə belə velosiped yarışı keçirilir. Bu mənzərəni görəndə adam öz vətəni ilə fəxr edir. Nə yaxşı ki, belə ölkədə yaşayırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

O, veloyarışın dördüncü mərhələsinin yekunları barədə danışarkən bildirib:

“Yarış çox yaxşı keçir. Təhlükəsizlik baxımından da hər hansı problem yaşanmır. Mübarizə də yüksək səviyyədədir. Bilirik ki, “Astana” güclü komandadır. Lakin digərləri də əllərindən gələni edirlər. Əsas məsələ odur ki, yarışda mübarizə aparan 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30