Ölkə futbolu
“Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
“Sabah” və “Qarabağ” arasında keçirilən Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra yaşananlar kriminal türk seriallarını xatırlatdı. Matç başa çatdıqdan sonra qalmaqal, Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviçin görüşün baş hakimi Rəvan Həmzəzadəni hədələməsi, referinin ünvanına təhdidedici ifadə səsləndirməsi – bütün bunlardan konkret “Kurtlar Vadisi”nin qoxusu gəlir. Əslində, məsələ bununla bitmiş hesab olunurdu. Gəl ki, dünən “CBC Sport”da yayımlanan, sonradan kanalın sosial şəbəkə hesablarından silinən video olmasaydı...
Qısa zamanda silinsə də, çoxları sözügedən videonu gördü, xeyli yerdə də tirajlandı. Həmin kadrlardan açıq-aşkar görünür ki, monteneqrolu yarımmüdafiəçi nəinki meydanda, hətta stadionun dəhlizində də Rəvan Həmzəzadənin üzərinə hücum çəkir. Tərəflər əlbəyaxa olurlar. Təbii ki, Yankoviçin hərəkətləri yolverilməzdir və o, ən sərt şəkildə cəzalandırılmalıdır. Yayda komandadan gedəcəyini nəzərə alsaq, monteneqrolunu çətin ki, bir də “Qarabağ”ın heyətində görə bilək. Hər halda Markoya veriləcək cəzanın təkcə kuboku deyil, çempionat oyunlarını da əhatə edəcəyini gözləmək olar.
Bütün bunlar öz yerində. Maraqlı məqam başqadır. Necə oldu ki, Yankoviçlə Həmzəzadənin videosu dərhal deyil, oyundan iki gün sonra ortaya çıxdı? Bu məqam tanış gəlir? Dərhal yada Azərbaycan Premyer Liqasının 22-ci turunda keçirilən “Qarabağ” - “Sabah” oyunundan (3:3) sonra yaşananlar yada düşür. Həmin matçda “Sabah”ın məşqçisi Valerio Zuddas “Qarabağ”ın məşqçilər korpusuna qarşı tərbiyəsizlik etsə də, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmamışdı. İddia edilmişdi ki, guya matçın AFFA nümayəndəsi bu barədə protokolda qeyd etməyib (Əslində etmişdi, amma indi mövzumuz o deyil). Sonradan Zuddasın etdiyi qeyri-etik jestin videosu mətbuatda yayıldı və bundan sonra əlacsız qalan AFFA məcburən “Sabah”ın məşqçisini cəzalandırdı. Təbii ki, bunu sübut edə bilmərik, lakin məlum məsələdir ki, mətbuata həmin video məhz “Qarabağ” tərəfindən ötürülmüşdü (Hər halda video mətbuatda əvvəldən olsaydı, dərhal yayımlanardı, bir neçə gün sonra yox). Görünən odur ki, indi də “Sabah” “Qarabağ”dan qisas alır. Necə deyərlər, Zuddasa qarşılıq Yankoviç. Hər halda görüntülərdən aşkar görünür ki, Marko Yankoviç və Rəvan Həmzəzadənin əlbəyaxa olması hər hansı jurnalistin telefonuna yox, “Bank Respublika Arena”nın kameralarında düşüb. Belədə əminliklə iddia etmək olar ki, video da məhz klub tərəfindən kanala ötürülüb.
Dediyimiz kimi, bununla “Sabah” bir tərəfdən “Qarabağ”dan qisas alır. Yəni siz video yayımlaya bilirsiniz, biz yox?! İkincisi, məsələnin bu qədər şişməsi “Sabah”a sərf edir. Çünki istər mövsüm boyu, istərsə də son oyunda hakimlərin “Sabah”a kömək etməsi barədə danışanların sayı xeyli artıb. Belədə Yankoviç-Həmzazadə qalmaqalının gündəmi zəbt etməsi hakimlik məsələsini ikinci plana keçirir. Bununla da, “Sabah” bir daşla iki quş vurur. Həm gündəmi dəyişir, həm də “Qarabağ”dan qisas alır...
“Sabah” bu mövsüm əla futbol nümayiş etdirir. Bunu heç kim dana bilməz. Lakin o da həqiqətdir ki, ən çətin vaxtlarda bu komandaya hakim dəstəyi verilib. Bu da istər-istəməz ictimaiyyətdə “Sabah”a qarşı haqlı qıcıq, bəzən hətta nifrət oyadır. Əslində, Rəvan Həmzəzadə və Marko Yankoviç arasında olan qalmaqal da gözlənilən idi. İfaçılar fərqli ola bilər. Lakin hakimlərin “Sabah” sevgisi, haqsızlıqlar artıq çoxunu boğaza yığıb. Bu, nə vaxtsa partlamalı idi. Hələ yaxşı ki, bu “partlayış”ın miqyası daha böyük olmadı. Ümid edək ki, “Bank Respublika Arena”da yaşanan rəzalət hakimlər üçün də dərs olacaq. Bundan sonra bir qədər özlərini yığışdıracaqlar. Mövsüm boyu “Neftçi”nin, “Qarabağ”ın, “Zirə”nin, “Turan Tovuz”, “Sumqayıt”, “Araz-Naxçıvan”ın haqqını yediniz, yetər artıq. Futbolçuların, məşqçilərin, klub əməkdaşlarının haqqına girdiniz, çörəklərinə bais oldunuz, lakin kifayətdir. Mövsüm boyu çıxmadığınız hoqqa qalmadı, heç olmasa son 5 turda, mövsümün ən həlledici məqamında ədalətli olun!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























