11 Iyun 2026, Cümə axşamı
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb

Sabah Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçına artıq 6000 bilet satılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək mümkündür.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl “Neftçi” azarkeşləri üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

“Neftçi” klubu bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün azarkeşlərə “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlməyi tövsiyə edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30