4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Marko Manenti: “Azərbaycan məni sevdi, mən də Azərbaycanı”

“Çətin mərhələ idi. Yarışın ilk hissəsində 3 metrlik fərq yaranmışdı. Amma bu məsafəni aradan qaldıra bildik. Komandam üçün vacib qələbə qazandım”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi olan italiyalı Marko Manenti deyib.

"Bardiani CSF 7 Saber" komandasının üzvü daha yaxşı nəticələrə imza atacaqlarına inanır: “Çətin mərhələ idi. Əlimizdən gələni etdik ki, yaxşı nəticə qazanaq. Sabah da məqsədimiz sprinter köynəyini saxlamaqdır. Bu qələbə bizim üçün başlanğıcdır. Xallar qazanmaq önəmlidir. Çox yaxşı komanda olduğumuzu hesab edirəm”.

Manenti yarışın çətinliklərindən də söz açıb: “Əsas çətinlik havadır. İtaliyada bu vaxt belə istilər olmur (gülür)”.

Son 200-300 metrdə birincilik uğrunda gərgin mübarizə gedirdi, bir neçə idmançının qalib olmaq şansı var idi. Maraqlıdır, italiyalı velosipedçi üçün qalib olmaqda həlledici məqam hansı oldu?

“Həlledici məqam finiş öncəsi sonuncu döngə idi. Mən sona yaxın lider deyildim. “Astana” komandasının idmançının arxasında idim. Lakin düzgün mövqe seçməyim qalib olmağıma gətirib çıxardı. Düşünürəm ki, Azərbaycan məni sevdi, mən də Azərbaycanı”.  

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31