Ölkə futbolu
Dəhlizdəki videodan şərhlərdəki trollaradək
“Sabah”ı təbrik edirəm. Bu günlərdə klub Azərbaycan futbolunda yeniliyə imza atdı. Yox, söhbət “Neftçi” kimi ilk dəfə avrokuboklarda qrupa düşməkdən, “Qarabağ” kimi ÇL-də 1/16 finala kimi irəliləməkdən, ölkə xaricinə 5 milyona oyunçu satmaqdan getmir. “Sabah”ın ilki də özü kimi unikaldır. Belə ki, ilk dəfə idi ki, stadionun qapalı məkanından, hamının görə bilmədiyi A zonasından bir klub video paylaşdı.
Gözümü açandan Azərbaycan futbolu ilə yaxından maraqlanıram, amma bu cür hadisə heç yadıma gəlmir. Dırnaq arasında təqdirəlayiq haldır. Məşhur televiziya aparıcılardan biri demişdi ki, əsas müzakirə olunmaqdır, fərqi yoxdur, səni tərifləyirlər, ya söyürlər...
Təbii ki, öz aləmində “Sabah” video paylaşmaqla guya “Qarabağ”dan əvəz çıxır. Axı Ağdam klubu qeyri-etik jest edən “Sabah”ın məşqçisinin videosunu yaymışdı. Əslində isə bu, fərqli məsələlərdir. Birincisi, “Sabah”ın məşqçisi o tərbiyəsizliyi meydanın kənarında, hamının görə bildiyi yerdə etmişdi. İkincisi, guya o video yayımlanmasaydı, Yankoviç cəzasız qalacaq? Onsuz da həmin zonada Peşəkar Futbol Liqasının iki operatoru var idi və baş verənləri lentə alırdılar. Yəni Yankoviçin cəzasız qalma ehtimalı yoxdur.
Üçüncüsü, “Sabah” həmin videonu hansısa sayta deyil, birbaşa çempionatın yayımçı kanalına ötürdü. Bu, həm də “görün mən necə güclüyəm” deməkdir.
Digər tərəfdən isə bundan sonra rəqib komandalar “Bank Respublika Arena”ya necə arxayın yollansınlar? Kim təminat verə bilər ki, sözügedən arenada rəqib komanda üçün ayrılmış paltardəyişmə otağında kamera yoxdur? Yaxud sabah “Neftçi”nin, “Qarabağ”ın, “İmişli”nin və s. paltardəyişmə otağında baş verəcək hər hansı bir hadisəni “Sabah” “CBC Sport”a ötürməyəcək?..
Əslində, mən “Sabah”dan daha bir video gözləyirdim. Amma nədənsə həmin video ortaya çıxmadı. Belə ki, sonuncu “Sabah” - “Qarabağ” matçı günü “Sportinfo”nun əməkdaşı Xanoğlan İmanov "Sabah"ın direktoru Ramin Həsənovun fasilədə hakimlərin otağına gedib, baş hakim Rəvan Həmzəzadəya yüksək tonda "Bizə niyə bu qədər sarı vərəqə verirsən" dediyi barədə paylaşım etmişdi. Maraqlıdır, “Sabah” əgər belə görüntü yayandırsa, bu iddiaya da cavab versin. Bir zəhmət fasilə müddətində hakimlər otağına kimlərin girib-çıxdığını sübut etmək üçün dəhlizin 15 dəqiqəlik görüntülərini paylaşsın da, niyə paylaşmır? Sərf eləmir?
Bir də ki, mən elə bilirdim, Azərbaycan futbolunda ancaq AFFA-nın trolları var. Sən demə, yanılırmışam. “Sabah” da əməlli-başlı trol ordusu yetişdirib. Bəlkə də heç yetişdirməyib e, elə AFFA-nın trollarıdır. Onsuz da bugün Azərbaycan futbolunda AFFA “Sabah”, “Sabah” da AFFA deməkdir. Assosiasiyanın vitse-prezidenti “Sabah”ın “Şamaxı” ilə oyunda qolunu ayaqüstə alqışlayırsa, kimsə əksini iddia etməsin. Amma sözümün mustafası trollardır. Deməli, son günlər “Sabah”ın trol ordusu kifayət qədər fəaldır. Bir jurnalist, futbol adamı, azarkeş status yazmağına peşmandır. Dərhal 20 şərhdən minimum 10-u trol qoxuyur. Adam istəyir lap “Metropoliten”in keçmiş sədri, rəhmətlik adaşım Tağı Əhmədov kimi desin: “Əəə, bir-bir...”
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























