4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

"Bakı-Xankəndi" velosiped yarışında fərdi və komanda hesabında qaliblər müəyyənləşib

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışında 5 mərhələnin nəticələrinə əsasən fərdi və komanda hesabında qaliblər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, yekunda "Burqos" komandasının üzvü Coş Barnett yarışın qalibi olub.

O, həmçinin bu gün keçirilən sonuncu - V mərhələni də qələbə ilə başa vurub.

Yeni zelandiyalı idmançının təmsil etdiyi "Burqos" komandası isə komanda hesabında birinci yeri tutub.

Xatırladaq ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31