24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Həbib Ağayevinin komandası bu gün Gürcüstanla üz-üzə gəlib.

Xorvatiyada keçirilən görüşün 5-ci dəqiqəsində millimiz Xanım Əsədovanın penaltidən vurduğu qolla hesabda önə keçsə də, sonradan qapısında 4 qol görüb. Yekunda 1:4 hesabı ilə uduzan yığmamız ardıcıl üçüncü matçında da böyük hesablı məğlubiyyət acısı yaşayıb.   

İlk görüşündə Xorvatiyaya 0:6, daha sonra isə Çexiyaya 0:9 hesabı ilə uduzan Azərbaycan millisi yekunda seçmə mərhələni xalsız və qrup sonuncu kimi başa vurub. Topların fərqi isə biabırçıdır - 1:19.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31