Ölkə futbolu
3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
İnkişaf Strategiyası – bu ifadəni AFFA rəhbərliyindən də, baş katib Cahangir Fərəcullayevdən də tez-tez eşidirik. Lakin məsələ ondadır ki, bunu sadəcə dildə eşidirik, əməldə hələ ki heç nə yoxdur. Eşitdiyimiz ancaq gələcəklə bağlı vədlərdir. Bağ belə, bostan elə misalı... Heyif belçikalılara xərclənən milyonlara...
Ötən həftə I Liqada 24-cü turun oyunlarının təqviminə baxarkən bir anlıq elə bildik ki, 90-cı illərə qayıtmışıq. Çünki I Liqada 24-cü turun 5 oyunundan 3-ü eyni stadionda keçirildi. Aprelin 29-da “Bayıl Arena”da əvvəlcə MOİK “Şahdağ Qusar”ı (15:00) qəbul etdi, daha sonra isə (19:30) “Şəfa” “Şimal”la üz-üzə gəldi. Növbəti gün isə uzun illərdir ev oyunlarını bu arenada keçirən “Səbail” “Cəbrayıl”la qarşılaşdı. Beləcə turun 5 oyunundan 3-ü eyni arenada keçirildi. Təbii ki, bunu oxuyarkən AFFA-nın malakeşləri “əşşi, burda nə var ki?” deyəcəklər. Amma kimisə malalamaq kimi bir öhdəliyin yoxdursa, bunun adı rəzalətdir. 2026-cı ildə, futbolunda yüz milyonların dövr etdiyi ölkədə necə bir stadionda iki gün ərzində ölkə çempionatının 3 oyunu keçirilir? Bəs inkişaf, bəs strategiya? Biz sabah U-20-lərin dünya çempionatını da belə keçirəcəyik? Eyni stadionda saat 6-da məsələn, Xorvatiya-Kolumbiya ilə, 8-də də Fransa-Braziliya ilə üz-üzə gələcək? Məhlə çempionatıdır bu?
Ümumiyyətlə, stadionla bağlı problem təkcə Premyer Liqada yox, I Liqada da yaşanır. Məsələn, “Difai” mövsüm boyu ev oyunlarını Ağsuda keçirib. Lakin indi komanda rəqiblərini Buzovna stadionunda qəbul edir. Buna qədər onsuz da digər komandalar “Baku Sportinq”lə səfər oyununda Buzovna stadionunun ot örtüyünün durumuna görə çox əziyyət çəkirdilər. Çünki orda futbol oynamaq mümkün deyil. İndi AFFA hansı məntiqlə çempionatın gedişində istifadəsinə özünün icazə verdiyi stadionda təmirə başlayır, həmin stadionda ev oyunlarını keçirməli olan komanda isə rəqiblərini Bakıda, şəraiti daha pis olan arenada qəbul etmək məcburiyyətində qalır. Bu, hansı məntiqə sığır?
Görünən odur ki, AFFA əvvəlki səhvlərdən nəticə çıxarmayıb. Bu il mövsüm boyu Premyer Liqada stadion problemi yaşandı. Dəfələrlə yazdıq, dedik, amma xeyri olmadı. “Premyer Liqaya hazır klubları buraxmaq lazımdır” cümləsini AFFA qulaqardına vurdu. Nəticəsi də o oldu ki, Premyer Liqada komandaların az qala yarısı stadion baxımından köçkün həyatı yaşadı. “İmişli” gəlib Qubada, “Quba” da gedib İmişlidə oynayırsa, deməli, bizim futbolda nə inkişafın i-si var, nə də strategiyanın s-sı. Təki camaat desin ki, AFFA-da rəhbərlik dəyişdi, komanda sayı artdı, URA! Bölgə komandaları Premyer Liqaya buraxıldı, URA!
İl boyu sual verdik ki, bax “İmişli”nin Premyer Liqada nə işi var? Bizdən küsdülər, incidilər. Mövsüm artıq başa çatır. “İmişli”nin inşa edəcəyi stadionun isə hələ heç təməli də atılmayıb. Yalan-doğru, deyilənə görə, komanda növbəti mövsümdə də Ağsuda lövbər salacaq. Elədirsə, komandanın adını “İnternasional”, ya da “ÜmumAzərbaycan” qoyaq da. Şamaxının, Qubanın, Ağsunun “İmişli”yə nə aidiyyəti var?
Yeri gəlmişkən, istər Premyer Liqada, istərsə də I və ya II Liqada komandaların ev oyunları keçirdiyi stadionlarla bağlı rəy vermək səlahiyyəti və bunun məsuliyyəti Peşəkar Futbol Liqasının (PFL) üzərindədir. Çünki stadionlara baxışı məhz PFL-in ekspert qrupu həyata keçirir. Sonra da məhz həmin qrup hər hansı bir arenada çempionat oyunununun keçirilib-keçirilməməsi ilə bağlı rəy verir. Lakin bu mövsüm məsələ bir qədər fərqli oldu. Çünki Premyer Liqada komanda sayının artırılmasından ən axırıncı xəbər tutan deyəsən, PFL oldu. Belə düşünməyimizə əsas verən məqam odur ki, Premyer Liqada komanda sayının artırılması ilə bağlı İcraiyyə Komitəsinin iclasında müzakirə aparılarkən PFL-in nümayəndəsi orada olmadı. Komanda sayının artırılması ilə bağlı qərar qəbul ediləndə də heç PFL nümayəndələrinə ehtiyac duyulmadı. Yalnız növbəti iclasda, artıq qərar veriləndən sonra PFL-in nümayəndəsini dəvət etmişdilər ki, stadionlardakı real vəziyyətlə bağlı İcraiyyə Komitəsinə məlumat verilsin. O zaman isə... sevimli aktyorumuz Cahangir Novruzov “Bala başa bəla” tamaşasında dediyi kimi, “iş işdən keçəndən sonra, tumanbağını bərkitməyin nə mənası”...
İndi də “İmişli”nin yolunu I Liqada çempionluğun yarım addımlığında olan “Şəfa” gedir. Yuxarıda da yazdığımız kimi, komanda bu həftə ev oyununu “Bayıl Arena”da keçirdi. Bilmirəm, təsadüfdür, ya yox, amma keçən il də “İmişli” gözünü “Bayıl Arena”ya dikmişdi. Komanda Premyer Liqada ev oyunlarını orada keçirmək istəsə də, sonda istəyinə çata bilmədi. Görəsən, “Şəfa”nın da indidən “Bayıl Arena”da lövbər salmaqda məqsədi Premyer Liqada ev oyunlarını burada keçirməkdir? Bəs deyirdilər komanda ev oyunlarını Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirəcək? Komanda bu gün-sabah Premyer Liqaya vəsiqəni rəsmiləşdirəcək, amma hələ ev oyunlarını harada keçirəcəyi bilinmir. Yaxşı olar ki, komandanın baş məşqçisi hər dəfə klubdakı gələcək taleyindən danışınca bir dəfə də stadion mövzusuna toxunsun. Bu gedişlə “Şəfa” da olacaq “İmişli”nin tayı. Gələn il də onlar yəqin ev oyunlarını gah Şamaxıda, gah Qubada, gah Suraxanıda, gah da Balaxanıda keçirərlər...
Hörmətli, AFFA! Vallah sizinki iş deyil. Belə çempionat olmur. Sonra da çıxıb ağızdolusu futbolun inkişafından danışırsınız. Bir neçə milyonluq strategiya bizim haramıza yaraşır? Adama deyərlər sən əvvəl infrastrukturunu qaydaya sal, hakimlərini düzəlt, sonra milyonlar xərcləyib strategiya yazdır da. And içə bilərəm, amma sübut edə bilmərəm ki, o strategiyaya xərclənən pula ən azı 2 komandanın stadion məsələsini qaydasına salmaq olardı. Amma kimə lazımdır stadion?! Əsas strategiyadır, strategiya...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























