1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Xarici futbol

Fransa millisinin DÇ-2026 üçün heyəti açıqlandı

Fransa millisinin DÇ-2026 üçün heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, əsas gözlənilməzlik "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa və PSJ-nin qapıçısı Lukas Şevalye ilə bağlıdır. Bu iki futbolçunun adı mundial üçün heyətə daxil edilməyib. Baş məşqçi Didye Deşam yığmaya aşağıdakı oyunçuları çağırıb:

Qapıçılar: Mayk Menyan ("Milan"), Bris Samba ("Renn"), Robin Risser ("Lans").

Müdafiəçilər: Lukas Din ("Everton"), Malo Qusto ("Çelsi"), Lukas Ernandes (PSJ), Teo Ernandes ("Əl-Hilal"), İbrahima Konate ("Liverpul"), Jül Kunde ("Barselona"), Maksens Lakrua ("Kristal Pelas"), Uilyam Saliba ("Arsenal"), Dayo Upamekano ("Bavariya").

Yarımmüdafiəçilər: Nqolo Kante ("Fənərbaxça"), Manu Kone ("Roma"), Adrien Rabyo ("Milan"), Aurelien Tçauameni ("Real"), Uorren Zair-Emeri (PSJ).

Hücumçular: Maqnes Akliuş ("Monako"), Bredli Barkola, Usman Dembele, Desie Due (PSJ), Rayan Çerki ("Mançester Siti"), Jan-Filipp Mateta ("Kristal Pelas"), Kilian Mbappe ("Real"), Maykl Olise ("Bavariya"), Markus Tyuram ("İnter").

Qeyd edək ki, DÇ-2026 11 iyun-19 iyul tarixlərində keçiriləcək. Fransa millisi Seneqal, İraq və Norveçlə birlikdə İ qrupunda mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31