Ölkə futbolu
“Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
I Liqada turnir cədvəlinin aşağı pilləsində qərarlaşmasına baxmayaraq, “Cəbrayıl” son turlar inamlı təsir bağışlayır. Əvvəlcə “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edən komanda, son turda da çətin “Şahdağ-Qusar” səfərindən xalla qayıtmağı bacardı (0:0). Komandanın uğurlu çıxışında pay sahibi olanlardan biri də Həsən Hüseyndir. Qış fasiləsindan sonra “Cəbrayıl”a qoşulan 21 yaşlı yarımmüdafiəçi artıq komandanın əsas heyət üzvlərindən birinə çevrilib. Buna qədər Polşa aşağı liqasında forma geyən “88 nömrə”ni “Cəbrayıl”ın tapıntısı da hesab etmək mümkündür. Futbolxeber.az saytına müsahibəsində Həsən Hüseyn komandanın son turlardakı uğurlu çıxışından, eləcə də Polşa ilə Azərbaycan futbolu arasındakı fərqdən danışıb.
- Son turda səfərdə "Şahdağ-Qusar"la heç-heçə oynadız. Qələbə qazanmaq üçün nə çatışmadı?
- Oyuna yaxşı başladıq, meydanda açıq və maraqlı mübarizə getdi. Hər iki tərəfin fərqlənmək üçün şansları oldu. Qələbə qazana bilməməyimizin əsas səbəbi son zərbələrdə dəqiqliyin çatmaması oldu. Oyuna nəzarət etdiyimiz hissələr çox idi, amma yaradılan epizodları qola çevirə bilmədik. Bir az da son ötürmələrdə tələskənlik hiss olunurdu. Elə mən özüm də fərqlənə bilərdim. Bir epizodda topu rəqib oyunçudan oğurlayıb qapıya zərbə endirsəm də, azca dəqiqlik çatmadı.
- Ötən tur "Zaqatala"nı məğlub etməklə 3 xal həsrətinə son qoydunuz. Bu qələbə futbolçularda özünəinam hissəni qaytarıb?
- “Zaqatala” üzərində qələbə komanda üçün çox vacib idi. Əvvəlki oyunlarda qələbə qazana bilməmək psixoloji baxımdan komandaya təsir edirdi. Bu oyundan sonra futbolçuların özünəinamı artıb, məşqlərdə və oyunlarda daha rahat və inamlı çıxış etdiyimizi görmək olur. Təbii ki, baş məşqçimiz Cavid Hüseynovun intensiv məşqləri də öz bəhrəsini verir. Düzdür, komandanın toparlanması bir az zaman aldı, lakin bu da başadüşüləndir, çünki çünki kollektiv böyük hissəsi yeni yığılıb.
- Gələn tur güclü "Mingəçevir"lə qarşılaşacaqsınız. Həmin matçda məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək mümkün olacaq?
- “Mingəçevir” güclü və intizamlı komandadır, bunu hamımız bilirik. Amma biz də son oyunlarda yaxşı formadayıq. Əgər eyni tempdə və düzgün yanaşma ilə oynasaq və itkilərimiz olmasa, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək mümkündür. Əsas məsələ konsentrasiyanı itirməməkdir. Mən də çalışacağam ki, orta sahədə öz oyunumla komandama dəstək olum.
- Öz çıxışını necə dəyərləndirirsən? Son 2 oyunda inamlı təsir bağışlayırsan...
- Düşünürəm ki, son oyunlarda kifayət qədər yaxşı və stabil performans sərgiləyirəm. Meydanda daha inamlıyam, oyunu daha yaxşı oxuyuram və komandaya həm müdafiədə, həm hücumda fayda verməyə çalışıram. Son iki oyunda da bunun nəticəsi hiss olunur – həm fiziki, həm də taktiki baxımdan özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Amma yenə də dayanmaq fikrim yoxdur, daha da yaxşı olmaq üçün işləməyə davam edirəm.
- Texnikalı oyuna üstünlük verməyin nədən irəli gəlir?
- Açığı, uşaqlıqdan mən texnikanın üzərində işləmişəm. Özünü tərifləmək kimi çıxmasın, amma həmişə məşqlərə xüsusi fikir vermişəm. Çalışmışam ki, hər iki ayağım eyni şəkildə işləsin. Bunun üçün xüsusi məşqlərə çox vaxt ayırmışam. Hər oyunda uğurlu olmağa, ötürmələrdə səhvə yol verməməyə, komandam üçün faydalı olmağa çalışıram.
- Artıq bir müddətdir I Liqada çıxış edirsən. Buna qədər isə Polşada forma geyirdin. Polşa ilə buradakı şərait arasında fərq nə dərəcədə çoxdur?
- Polşa ilə I Liqa arasında fərq kifayət qədər hiss olunur. Orada infrastruktur, oyun tempi və ümumi peşəkarlıq səviyyəsi bir az daha yüksəkdir. Amma burada da inkişaf var, liqa rəqabətlidir və futbolçular özlərini göstərmək üçün yaxşı imkan əldə edirlər. Adaptasiya dövründən sonra buradakı futbola da uyğunlaşmaq olur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:24
Mbappe dünya çempionatları tarixinin bombardiri oldu
-
10:00
Fransa - İngiltərə matçında 10 qol VİDEO
-
23:30
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
-
23:19
Duran “Seltik”i məğlubiyyətdən xilas etdi
-
22:22
"Neftçi"nin bugünkü açıq məşqi FOTOLENT
-
22:06
“Şamaxı” portuqaliyalı yarımmüdafiəçi ilə gücləndi
-
21:48
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi
-
20:31
“Şahdağ Qusar”dan növbəti transfer
-
19:55
Cenk Sümer: “Qarşımıza çempionluq hədəfi qoymuşuq”
-
18:44
Yuri Vernidub: “Dinamo”nu keçək, sonra digər rəqiblər haqda düşünərik”
-
17:17
“Karvan-Yevlax”dan yeni transfer
-
16:23
"Neftçi" - "Dinamo" oyununun biletləri satışda
-
15:59
"Payde" - "Zirə" oyunun da hakimləri məlum oldu
-
15:32
“Qarabağ” - ÇSKA oyununun biletləri satışa çıxarıldı
-
15:00
Mahir Emreli Polşaya qayıdır - yeni klubu məlumdur
-
14:26
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
13:48
"Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri açıqlandı
-
13:11
“Neftçi” - “Dinamo” oyununun hakimləri müəyyənləşdi
-
12:55
“Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
-
12:34
Avropa çempionatı: Çimərlik futbolu millimiz pley-offda
-
12:07
“Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
-
11:43
Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
-
10:29
Konfrans Liqası: “Zirə” və “Neftçi”ni 3-cü mərhələdə gözləyən mümkün rəqiblər
-
10:16
“İmişli”dən ayrılan legioner “Səbail”də
-
09:52
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
-
09:30
Basketbol millimiz İsveçrəni məğlub edib
-
23:17
“Səbail” Yakubu qarşısında bütün öhdəliklərini yerinə yetirib - AÇIQLAMA
-
22:55
Güləşçimiz reytinq turnirində bürünc medal qazanıb
-
22:28
“Qarabağ” - ÇSKA matçının biletləri satışa çıxır
-
21:43
"Şəfa" "İmişli" ilə bərabərə qaldı
-
20:04
"Turan Tovuz" İran millisi ilə heç-heçə etdi
-
19:39
"Sumqayıt" daha bir legionerlə vidalaşdı
-
17:52
Kresponun yeni klubu müəyyənləşdi
-
17:16
“Neftçi”nin Konfrans Liqası matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxdı
-
17:00
“Şəfa” ev oyunlarını Sumqayıtda, “İmişli” isə Yevlaxda keçirəcək
-
16:47
Balıq ovu festivalı keçirilib FOTOLENT
-
16:38
Elgiz Abbasov: “Dünya çempionatındakı bəzi yeniliklər Premyer Liqamızda tətbiq olunacaq”
-
16:21
Süni işıqlandırması olmayan stadionlarda Premyer Liqa oyunları keçirilməyəcək
-
16:09
Mövsümün ilk “Qarabağ” - “Neftçi” derbisi neçənci turda keçiriləcək?
-
15:54
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
-
15:33
Avroliqa: “Qarabağ”ın III mərhələdəki mümkün rəqibləri
-
15:15
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atıld;
-
14:42
"Zirə"dən ayrıldı, Fransa klubuna keçdi
-
14:26
Amerikalı legioner Bakı klubundan ayrıldı
-
14:00
AMADA antidopinq təlimçi proqramının iştirakçılarına sertifikatlar təqdim edib
-
13:17
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
-
12:58
Millimiz üçün yeni rəqib tapıldı
-
12:01
ÇL: “Sabah”ın oyunları polyak və israilli hakimlərə tapşırıldı
-
11:49
Azərbaycan klubları avrokuboklarda yeni rekorda imza atıblar
-
11:25
Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat aldı
19.07.2026
18.07.2026
17.07.2026























