11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

ABŞ İraq millisinin beş futbolçusuna viza verməyib

Futbol üzrə İraq milli komandası dünya çempionatı öncəsi ciddi problemlə üzləşib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İraq Futbol Federasiyasının üzvü Qaleb əl-Zameli bildirib.

Məlumata görə, İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib. Müxtəlif səbəblərdən İbrahim Bayeş, Mühənnəd Əli, Zeyd Tahsin, Heydər Əbdül-Kərim və Əli Əl-Həmadinin viza müraciətinə rədd cavabı verilib.

Qeyd edilib ki, İraq Futbol Federasiyası məsələ ilə bağlı FIFA-ya müraciət etməyə hazırlaşır. Federasiya mundial öncəsi problemin qısa müddətdə həll olunacağına ümid edir.

Qeyd edək ki, adıçəkilən futbolçular İraq millisinin əsas heyət üzvləri hesab olunur.

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İ qrupunda yer alan İraq millisi burada Fransa, Seneqal və Norveç yığmaları ilə mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30