16 Avqust 2026, Bazar günü
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanışlıq

Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri Namhi Ço, Ben Haris və Vadim Axmadiyev Azərbaycana səfər ediblər.

Futbolxeber.az saytına Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, səfərdə məqsəd oktyabrda keçiriləcək “Silk Road Tour”un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Üzgüçülük Federasiyasını (ASF) ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.

Xatırladaq ki, bu il oktyabrın 1-3-də üzgüçülük üzrə “Silk Road Tour” Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31