9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Futzal

Yüksək Liqada çempionluq matçı: hakimlər açıqlandı

Futzal üzrə Yüksək Liqada 2025/2026 mövsümünün sonuncu oyununa təyinatlar açıqlanıb.

Futbolxeber.az saytına Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, AFFA Hakimlər Komitəsi matçın əhəmiyyətini nəzərə alaraq, çempionun adının müəyyənləşəcəyi matça əlavə ehtiyat hakim təyinatı da edib.

"Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması FIFA referilərinə tapşırılıb. Knyaz Əmiraslanova Əli Cəbrayılov və İmran Məhərrəmov kömək göstərəcək.

Hidayət Feyzullayev ehtiyat hakim, Elçin Səmədli hakim-inspektor olacaq.

Xatırladaq ki, oyun mayın 18-də, saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. "Neftçi" hazırda 52 xalla liderdir. İkinci sıradakı "Araz-Naxçıvan"ın 49 xalı var. Naxçıvan təmsilçisi çempion olmaq üçün mütləq rəqibini 3 top fərqi ilə məğlub etməlidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31