4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Digər idman növləri

Karateçilərimiz Avropa çempionatında 6 medal qazanıblar

Azərbaycanın fullkontakt şinkyokuşin üslubu üzrə karate millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatını 6 medalla başa vurub.

Futbolxeber.az saytına Azərbaycan Karate Federasiyasından (AKF) verilən məlumata görə, qitə birinciliyində AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə yer alıb.

Böyüklər arasında Əliqismət Həsənov (70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (80 kq) və Solmaz Zeynallı (59 kq) isə bürünc medala sahib olublar.

Gənclər arasında Zamin Fərəcov (75 kq) Avropa çempionu olub. Nihat İmanov (65 kq) və Elmir Cəbrayılov (75 kq) isə gümüş mükafata yiyələniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31