14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Digər idman növləri

Avropa çempionumuz: “Qələbəni atama həsr edirəm”

Yunan-Roma güləşi üzrə U-17 millimiz Avropa çempionatını 6 medalla başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, Bolqarıstan Samokov şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əli Cavadlı (45 kq) təəssüratlarını bölüşüb.

O, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açqlamasında deyib: “Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim. 1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım. Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30