14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Digər idman növləri

Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mənzil-qərargahında növbəti iclas keçirilib.

Futbolxeber.az saytına AAF-dan verilən məlumata görə, vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda milli komandaların məşqçiləri ilə yanaşı, həkim və inzibati heyətin digər əməkdaşları iştirak ediblər.

İlk olaraq 2026-cı ilin iyununda təşkil olunacaq Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra cari ilin iyulunda keçiriləcək gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin təşkili ilə bağlı gündəlikdə olan məsələlər diqqətə çatdırılıb. Toplantı zamanı yenilənmiş Texniki və Yarış Qaydaları müzakirə edilib.

İclas zamanı federasiya və yığma komandalar daxilində nizam-intizam məsələləri ilə bağlı konkret tapşırıqlar verilib. Bununla yanaşı, AAF tərəfindən paytaxt və bölgələrdə fəaliyyət göstərən mərkəzlərin ştanq avadanlıqları ilə təminatı məsələsinə toxunulub. Bildirilib ki, yerlərdə fəaliyyət göstərən mərkəzlər müvafiq avadanlıqlarla təmin olunur və proses hazırda icra mərhələsindədir.

Toplantının sonunda federasiya daxili cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30