29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Rövşən Nəcəf: "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayırıq”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempion olan "Neftçi"nin qadınlardan ibarət komandasını təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Neftçi"nin qadınlardan ibarət komandası futbol üzrə Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub", - o bildirib və əlavə edib ki, sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı qələbə qazanaraq çempionluğu rəsmiləşdirən "ağ-qaralar" növbəti dəfə qadınlar arasında UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər:

"Komandanın bütün kollektivini, məşqçilər heyətini və futbolçuları ürəkdən təbrik edir, UEFA Çempionlar Liqasında uğurlar və yeni qələbələr arzulayırıq!".

Qeyd edək ki, "Neftçi"nin qadınlardan ibarət komandası Yüksək Liqada ardıcıl üçüncü dəfə ölkə çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30