24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Digər idman növləri

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri finalda Tevfik Akkası (Türkiyə) məğlub edib.

Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib. O, bununla da Azərbaycan boksunda yeni tarix yazıb.

Millimizin heyətində gənclər arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19 yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb. Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30