18 Noyabr 2026, Çərşənbə
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu

Ölkə futbolu

Avro-2028: Millimiz 5-ci səbətdə

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra bəlli olub.

Azərbaycan millisi reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə olacaq. Yığmamızla birlikdə bu səbətdə Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də qərarlaşıb.

Ümumilikdə, püşkatmada iştirak edəcək 54 milli komanda 5 səbətə bölünüb. İlk 4 səbətin hər birində 12, sonuncu səbətdə isə 6 komanda yer alıb.

“Football Meets Data”nın məlumatına görə, Avro-2028-in seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avro-2028-in seçmə mərhələsinin səbətləri

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30