23 Noyabr 2026, Bazar ertəsi
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Digər idman növləri

Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb

Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və ASTF-nın təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərir.

Açılış mərasimində idmançıları salamlayan ASTF-nin vitse-prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Ölkə kubokunun əhəmiyyətindən söz açan federasiya rəsmisi beynəlxalq arenaya gedən yolun bu cür yarışlardan keçdiyini vurğulayıb.

Bundan başqa, Fransada keçirilən "Euro Mini Champs"da qızıl medal qazanan Mehin Mirzəbalayevaya sözügedən yarışın mükafatları təqdim olunub.

Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə keçirilən ölkə kuboku turnirində U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq. Fərqlənən idmançılara AGİN-in diplom və medalları, ASTF-nin mükafatları təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30