24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib

AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.

Futbolxeber.az saytının məlumatına görə, kursda paytaxtla yanaşı, Qarabağ, Mərkəz, Cənub, Şimal və Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi iştirak edir.

Tədris prosesi AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

Üç gün davam edəcək kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər veriləcək. Proqramı uğurla başa vuranlara sonda AFFA-nın D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30