23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Volkov üçün yubiley qolu

Davit Volkov "Zirə"nin heyətində 50-ci qolunu vurub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib. Gürcüstanlı hücumçu "İmişli" ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Volkov qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 156-cı matçda "50"yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, "Zirə"də ilk qolunu 2020-ci il matın 8-də "Səbail"lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30