24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Digər idman növləri

Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib

Azərbaycan Cüdo Federasiyası (ACF) cüdonun təbliği və bu idman növünün dəyərlərinin geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanan "Cüdo bizə yad deyil!" adlı yeni imic filmini təqdim edib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Film cüdonun fəlsəfəsi ilə milli mədəniyyətimiz və gündəlik həyatımız arasında mövcud olan mənəvi bağlılığı ön plana çıxarır. Hörmət, nəzakət, dostluq, cəsarət, təvazökarlıq və özünə nəzarət kimi cüdo dəyərləri tamaşaçıya tanış həyat səhnələri vasitəsilə təqdim olunur.

Musiqiçinin tamaşaçılara ehtiramı, uşaqların bir-birinə dəstəyi və çətin məqamlarda təmkinli davranış tatamidə formalaşan münasibətlərlə paralel şəkildə əks etdirilir. Milli musiqi elementlərinin müşayiət etdiyi bu səhnələr cüdonun aşıladığı prinsiplərin Azərbaycan cəmiyyətinə və milli dəyərlərimizə doğma olduğunu göstərir.

"Cüdo bizə yad deyil!" filmində bu idman növünün yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda şəxsi inkişaf, intizam, xarakter və həyat bacarıqlarının formalaşmasına töhfə verən bir məktəb olduğu vurğulanır.

Layihənin əsas məqsədlərindən biri uşaqlar, gənclər və qadınlar arasında cüdoya marağı artırmaq, eyni zamanda valideynlərin diqqətini bu idman növünün uşaqların fiziki və mənəvi inkişafına verdiyi töhfələrə yönəltməkdir.

Qeyd edək ki, imic filmi "Doğma dəyərlərlə özünü kəşf etmək üçün səni tatamiyə gözləyirik!" çağırışı ilə izləyiciləri cüdo ilə daha yaxından tanış olmağa dəvət edir. Cüdo ilə məşğul olmaq istəyənlər 8558 çağrı mərkəzi vasitəsilə Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30