24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Xarici futbol

Murad Məmmədov Konfrans Liqasına sifariş edildi

Millimizin üzvü Murad Məmmədov Kiprin “Pafos” klubunun UEFA Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib.

Futbolxeber.az saytının Kipr mətbuatına istinadən verdiyi məlumata görə, bu, Mumi Nqamaleunun zədələnərək uzun müddətə sarıdan çıxmasına görə baş verib.

Komandanın baş məşqçisi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək, Mumi Nqamaleunun əvəzinə azərbaycanlı hücumçunu seçib.

Kamerunlu cinah oyunçusu zədə səbəbindən qarşıdakı bir neçə ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.

Kipr mətbuatı Məmmədovun indiyədək kifayət qədər oyun vaxtı qazanmaması fonunda bu qərarı maraqlı seçim kimi qiymətləndirib.

Daha əvvəl “Pafos”un avrokuboklar üçün sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilmişdi. Yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə edilib.

Qeyd edək ki, "Pafos" noyabrın 26-da Konfrans Liqasında Danimarkanın "Midyullend" klubunu qəbul edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30