23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Digər idman növləri

İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Bilalhəbaşi Nəzərov (50 kq) David Zaxari (İsrail) ilə üz-üzə gəlib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Nəzərov finalda Tevfik Akkasla (Türkiyə) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) Cemal Cemmalı (Fransa) məğlub edib - 4:1 (29:28, 30:27, 30:27, 28:29, 29:28). O, qızıl medal döyüşündə Zviad Tçotçua (Gürcüstan) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçularımızdan Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri noyabrın 24-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30