23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”

“Oyuna yaxşı başlamadıq. "Neftçi" güclü komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mamadu Kane deyib.

O, Azərbaycan Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib:

“İkinci hissədə hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda "Sabah" və "Qarabağ"la oyunlarımız var, artıq həmin matçlara hazırlaşacağıq”.

Qvineyalı yarımmüdafiəçi Naxçıvan klubunun turnir cədvəlində sonuncu olmasından da danışıb:

“Futbolda belə hallar olur. Biz də yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq”.

Kane daha əvvəl “Neftçi”də oynamasının motivasiyasına təsir etmədiyini vurğulayıb:

“Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var. Bizim dövrümüzdəki ilə indiki “Neftçi”ni müqayisə etmək istəməzdim. Onlar əvvəl də, indi də güclüdürlər”.

29 yaşlı futbolçu öz çıxışını da dəyərləndirib:

“Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə, matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30