23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk

Azərbaycan Premyer Liqasının XII turu mövsümün ilki ilə əlamətdar olub.

Futbbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, cari çempionatda ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.

Məğlub olmayan qonaqlar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib. "İmişli" "Zirə" (2:2), "Kəpəz" isə "Qarabağ"la (0:0) qarşılaşmadan xalla ayrılıb. "Sumqayıt" "Sabah"a 1:5, "Şəfa" "Qəbələ"yə 0:2, "Şamaxı" "Turan Tovuz"a 0:2, "Araz-Naxçıvan" "Neftçi"yə 1:3 hesabı ilə uduzub.

Azərbaycan Premyer Liqasında meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün əvvəllərində yaşanıb. II turun 6 qarşılaşmasında 1 heç-heçə qeydə alınıb, 5 görüşdə isə qonaqlar qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30