23 Noyabr 2026, Bazar ertəsi
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”

"Səfərdə qələbə qazanmaq xoşdur".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Elvin Bədəlov deyib.

O, "Araz-Naxçıvan" üzərində 3:1 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XII turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Şamaxı şəhər stadionunun bizə düşüb-düşmədiyini demək bir az çətindir. Burada oynamaq ağırdır. Çünki süni ot örtüyündə futbol oynamaq daha çətindir. Bunu topla rəftar zamanı da hiss edirsən. Amma şükürlər olsun ki, qalib gəldik. Əsas olan da budur. Qol buraxmasaydıq, daha yaxşı olardı. Lakin hazırda bizə üç xal lazım idi. Azarkeşlərimizi təbrik edirəm".

Elvin Bədəlov "Neftçi"nin yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlməsinə də münasibət bildirib:

"Buna görə xoşbəxtik. İlk növbədə məqsədimiz qış fasiləsinədək liderliyimizi qorumaqdır. Buna inanırıq və bunun üçün çalışacağıq. "Araz-Naxçıvan"la matçda daha yaxşı oynaya bilərdim. Amma əsas qələbədir. Mənim şəxsi performansım elə də önəmli deyil. "Neftçi" ailəsini təbrik edirəm".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30