23 Noyabr 2026, Bazar ertəsi
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Kəpəz”in futbolçusu 100-ə çatdı

“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, onun yubileyi Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”la ev matçına təsadüf edib. 29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.

Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.

Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30