10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukraynanın əsas millisinə ilk dəfə dəvət alması ilə bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az-ın məlumatına görə, futbolçu Ukrayna Futbol Assosiasiyasının saytına açıqlamasında uzun müddətdir bu anı gözlədiyini bildirib:

“Bu, mənim üçün çox məsuliyyətli məqamdır. Çünki Ukrayna millisinə ilk dəfə dəvət alıram. Buna çox sevindim, uzun müddətdir bu anı gözləyirdim. Bunun həm mənim, həm də ailəm üçün necə böyük sevinc olduğunu anlayıram. Bu anın hər saniyəsindən zövq almaq istəyirəm. Dəvət mənim üçün bir qədər gözlənilməz oldu. Amma sən həmişə bu şansı gözləyirsən, bunun üçün yaşayırsan, oynayırsan. Düşünürəm ki, baş məşqçi məni milliyə çağırıbsa, deməli, bu dəvətə layiq olmuşam".

Kaşuk millidən dəvət aldığını öyrəndiyi anı da bölüşüb:

“Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və baş məşqçinin məni toplanışa dəvət etdiyini bildirdi. Bəzi sənədləri hazırlamağımı istədi. Əvvəlcə çox təəccübləndim. Amma milliyə düşməyi çox istəyirdim və bunun üçün çox çalışmışam. İndi şansımdan maksimum istifadə etmək üçün əlimdən gələni edəcəyəm. Milliyə dəvət almaq və özümü daha yaxşı tərəfdən göstərmək mənim üçün ikiqat motivasiyadır”.

Qeyd edək ki, Kaşuk bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30