21 Noyabr 2026, Şənbə
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Ölkə futbolu

Bekiri: “Qələbəyə layiq idik”

“Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə ki, problemlər də var. Bu gün qələbəyə layiq olan tərəf biz idik. "Zirə"yə məğlubiyyətdən sonra bugünkü qələbə çox vacib idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Karim Rossi ötən mövsüm 10 qol vurub, bu mövsüm isə əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?

- Mən "Qəbələ"yə gələndə Rossinin zədəsi var idi. Uzun müddət məşq etmədi. Bu həftə məşqlərə başladı. Bu gün ehtiyatdan oyuna girdi. Növbəti matçlarda daha çox oynamaq imkanı olacaq.

- Qarşıda "Şamaxı" və "İmişli" ilə səfər oyunları var. Süni örtüklü meydanda oynamaq sizi narahat edir?

- Əlbəttə ki, narahat edir. Çünki süni örtüklü meydanda oynamaq çətinlik yaradır. Amma edəcəyimiz bir şey yoxdur. Orada oynamağa məcburuq. Qəbələdə məşq etmək üçün süni örtüklü məşq meydanımız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar çıxarar. Bu ölkəni, çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydanların yaxşı olması vacibdir.

- "Qəbələ"də sürətli futbolçular çox olsa da, komanda çempionatda ən az qol vuran komandadır. Bu, nədən irəli gəlir?

- Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra yavaş-yavaş sistemi dəyişdik və qolların sayı çoxalmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30