24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”

“Neftçi”nin yarımmüdafiəçisi Andrey Ştoqrinin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” üzərində 3:1 hesablı qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiniz?

- Yaxşı oyun alındı, rəqib də pis deyildi. “Araz-Naxçıvan” turnir cədvəlində sonuncu pillədə olsa da, heç də zəif deyil. Onların öz məqsədləri var, bizim öz. Hədəfimiz məlumdur. Hamı bilir ki, çempionluq uğrunda mübarizə aparırıq. Qələbə üçün gəlmişdik, istəyimizə çatdıq və buna görə çox şadıq.

- Uzun müddətdən sonra bu matçda əsas heyətdə meydana çıxdınız. Bu, sizin üçün gözlənilməz olmadı?

- Deməzdim. Ümumilikdə mən hər zaman məşqlərdə tam gücümlə çalışıram. Tək mən yox, hər bir futbolçu əsas heyətdə yer almaq üçün əlindən gələni edir.

- Necə düşünürsünüz, start heyətində yer almağınız davamlı olacaq?

- Qərarı məşqçi verir. Sağ olsun, “Araz-Naxçıvan”la görüşdə bu imkanı yaratdı. Mən də hər zaman əlimdən gələni edirəm ki, komandama kömək olum.

- Yenidən turnir cədvəlində zirvəni ələ keçirdiniz. Demək olar ki, “Neftçi” əmin addımlarla ən azı qış çempionluğuna gedir?

- Dediyim kimi, “Neftçi”nin hədəfi hər kəsə məlumdur. Lakin indi bu barədə çox düşünmürük. Oyundan oyuna irəliləyirik. Təbii ki, məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, liderliyimizi sona qədər davam etdirək.

- Ümumiyyətlə, liderlik üzərinizdə əlavə təzyiq yaratmır?

- Xeyr, hər hansı təzyiqdən söhbət gedə bilməz. Əksinə, bu, bizi daha da çox motivasiya edir.

- Növbəti turda ilk dövrədə məğlub olduğunuz “Zirə” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Bəli, ilk dövrədə yeganə məğlubiyyətimizi “Zirə”dən almışıq. Həmin matçda ümumiyyətlə, zəif çıxış etmişdik. Çalışacağıq ki, bu dəfə daha yaxşı oyun nümayiş etdirək və qələbə qazanaq.

- Siz artıq 3 mövsümdür ki, komandadasınız. Hazırkı komandanı sizin olduğunuz müddətdəki ən güclü “Neftçi” saymaq olar?

- Məncə, hazırkı heyət daha balanslıdır. Həm də nəticələr özü hər şeyi deyir. Nəsə əlavə etməyə ehtiyac yoxdur. Düşünürəm ki, azarkeşlər də, futbolçular da, məşqçilər də, rəhbərlik də hazırkı durumdan məmnundurlar.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30