2 Noyabr 2026, Bazar ertəsi
"Sumqayıt" autsayderə qarşı
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi
Bekiri: "1 xal qazanmağa layiq idik"

Xarici futbol

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolxeber.az saytının ürkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubunun Serjio Konseysao ilə apardığı danışıqlar müsbət yekunlaşıb. Portuqaliyalı mütəxəssis artıq İstanbula dəvət edilib. Onun tezliklə Türkiyəyə gələcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Məşqçilik karyerasına 2012-ci ildə “Olhanense”də başlayan Serjio Konseysao daha sonra “Akademika Koimbra”, “Braqa”, “Gimarayş” və “Nant”da çalışıb.

Portuqaliyalı məşqçi ən böyük uğurlarını “Porto”da qazanıb. “Əjdahalar”ı 7 mövsüm çalışdıran Konseysao bu müddətdə 3 dəfə ölkə çempionluğunu, 4 dəfə ölkə kubokunu, 3 ölkə Superkuboku və 1 dəfə də ölkə Liqa Kuboku qazanıb.

“Porto” ilə ümumilikdə 11 kuboka sahib çıxan 51 yaşlı mütəxəssis 2024-cü ilin dekabrında “Milan”la anlaşıb. “Qırmızı qaralar”la İtaliya Superkubokunu qazanan Konseysao 2025-ci ilin mayında vəzifəsindən ayrılıb. Portuqaliyalı məşqçinin son iş yeri bu ilin iyununda vidalaşdığı Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30