22 Noyabr 2026, Bazar günü
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası

Digər idman növləri

Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

Bilalhəbaşi Nəzərov (50 kq) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionumuz yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.

Zidan Hünbətov (55 kq) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.

Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) da bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30