Ölkə futbolu
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
“Buradakı atmosferə, nümayiş etdirdikləri futbola görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Həqiqətən, sanki Avropada, avrokubok matçında idik. Oyundan bir saat əvvəl meydançaya çıxmışdıq və həmin atmosferi hiss edirdik. Əsl futbol üçün hər cür şərait var idi. Futbolçularıma da təşəkkür edirəm. Qələbə qazanmaq üçün sona qədər mübarizə apardılar. Azarkeşlərimiz də burada idi və sonadək komandaya dəstək oldular. Heç kim uduzmaq istəmirdi. Göstərdikləri mübarizəyə görə ən azı məğlub olmamağa layiq idilər. Bizə gəlincə, geriyə addım yoxdur, yalnız irəliyə baxacağıq. Qarşıdakı oyunlara daha pozitiv hazırlaşmalı, rəqiblərimizin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişikliyi edilir, rəqiblərin istəyi böyük olur. Azarkeş marağı da yüksəkdir. Bu, “Qarabağ”a verilən dəyəri göstərir. Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. İndi bunu daha yaxşı anlayırıq. Yeni gələn futbolçular da getdikcə çempionatın səviyyəsinə uyğunlaşırlar. Bu oyun bir daha göstərdi ki, daha yaxşı və məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı kollektiv və nəticələr görəcəksiniz”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Kəpəz”ə qarşı keçirilən oyundan (0:0) sonra deyib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Stadiondakı atmosferdən danışdınız. Bu ab-hava sizi hansı illərə qaytardı?
- Təbii ki, əvvəlki illəri xatırlatdı (gülür). Bu stadionun əvvəlki vaxtlarında da oyunumuza 25 minə yaxın azarkeş gəlmişdi. Hətta bu, rekord olmuşdu. Burada həmişə azarkeş olub, xüsusilə də bizim oyunlarımıza böyük maraq göstərilib. O vaxtkı “qızıl oyun”un atmosferi də var idi. 2004-cü ildəki qarşılaşmada stadion tam dolmuşdu. Bu dəfə də sonadək gözəl atmosfer hökm sürdü. Həm meydança yaxşı idi, həm azarkeş çox idi, həm də futbol mədəniyyəti hiss olunurdu. Mənim üçün ən xoş məqamlardan biri oyunun gedişində nalayiq ifadələrin işlədilməməsi idi. Sırf futbola azarkeşlik gördük.
- Bruno Lanqanın ehtiyatda qalması nə ilə bağlı idi?
- Həm Lanqa, həm də Sefas millinin düşərgəsindən qayıtmışdılar və uzun yol qət etmişdilər. Buna görə ehtiyat edirdik. Sefası meydana buraxanda da tərəddüd etdim. Lanqa daha təcrübəlidir. Sefas isə komandaya yeni-yeni uyğunlaşırdı, sonra da milliyə yollandı və bir neçə gün bizimlə olmadı. İstəyirdik ki, bu gün kollektivlə birlikdə oynasın, özünü daha rahat və sərbəst hiss etsin. Millidən qayıdan futbolçuları meydana buraxmağa ehtiyat edirdim. Çünki onların çoxu hər iki oyunda iştirak etmişdi. Reda Xardanı isə ümumiyyətlə meydana buraxmadım.
- Komandanın beş oyunluq qələbəsizlik seriyası sizə ciddi problemlər yarada bilər?
- Əlbəttə, beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir. Xallar itiririk və bununla razılaşmamaq mümkün deyil. Ola bilər ki, qarşıdakı oyunlarda da xal itkilərimiz olsun.
- Bəhlul Mustafazadənin geri qayıdışı haqda nə düşünürsünüz?
- Bəhlul 8 aydır meydanda yox idi. Millinin son fasiləsinə qədər yaxşı formaya düşmüşdü. Əvəzedici komandamızda da oynadı. Düzünü desəm, bu gün onun 60 dəqiqə meydanda qalacağını düşünürdüm. Amma özü ilə danışdım, özünü yaxşı hiss edirdi. Oyunun sonlarına yaxın yoruldu. İnanıram ki, hər şey yaxşı olacaq. O, sona qədər dözdü. Bəhlulun yenidən çempionatın və bu cür oyunların atmosferini hiss etməsi mənim üçün müsbət məqamdır. Topu qapı xəttindən çıxarmasına gəlincə, o, bunu ən yaxşı bacaran futbolçularımızdandır. Rəqibin də belə bir epizodu oldu, amma Bəhlul bu işi daha yaxşı bacarır.
- Millimiz “cırtdan ölkələr”in yer aldığı Millətlər Liqasında ikinci olub. Bu nəticəni nə dərəcədə uğurlu hesab etmək olar?
- Birinci yer elə birinci yerdir və bunu dəyərləndirmək lazımdır. İnsan məhz belə uğurlarla böyüyür. Çempion olmaq, birinci yeri tutmaq hər məşqçiyə və futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edəndə gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun.
- Qış transfer pəncərəsində yeni hücumçu gətirməyi planlaşdırırsınız?
- İlk növbədə, əlimizdəki futbolçuları daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, axtarışlarımız ilboyu davam edir. Transfer etdiyimiz 1-2 futbolçunun dərhal uğurlu olması böyük üstünlükdür. Bəzilərinə isə uyğunlaşmaq üçün daha çox vaxt lazım gəlir. Hər halda, heyətimizi genişləndirmək istəyirik və danışıqlar gedir. Amma bu, uğursuzluğun və məsuliyyətin transferlərin üzərinə atılması demək deyil. Bu futbolçuları da inanaraq komandaya gətirmişik və onlara güvənirik. Hazırkı heyətlə daha keyfiyyətli oyunlar göstərməyə qadirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- Yevlaxda 4 qol vuruldu
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
-
18:56
“Neftçi” yenidən vahid lider oldu, "Qarabağ" büdrədi
-
18:28
Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
-
18:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:32
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
-
17:14
Vernidub qələbəni şərh etdi
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
-
14:24
“Mançester Siti”nin 15 illik seriyası qırıldı
-
13:56
“Araz-Naxçıvan” - “Neftçi”: Heyətlər açıqlandı
-
13:32
"Arsenal" büdrədi VİDEO
-
13:18
PSJ-nin heyətində ciddi itki
-
13:00
"Çelsi" öz meydanında uduzdu VİDEO
-
12:43
Cəlalın komandası səfərdən 3 xalla qayıtdı
-
12:21
"Borussiya" tək qolla sevindi VİDEO
-
12:07
Yunuszadə sona kimi ehtiyatda qaldı
-
11:55
"Roma"nın hücumçusundan poker VİDEO
-
11:34
Kaxaber Sxadadzenin yeni klubu müəyyənləşdi
-
11:19
"Latsio" liderliyini davam etdirir VİDEO
-
10:46
Muradın komandasından qələbə
-
10:22
"Fənərbaxça"dan xal itkisi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Mançester Siti" öz meydanında qələbə qazana bilmədi VİDEO
-
09:31
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
09:17
"Qalatasaray"dan növbəti qələbə VİDEO
-
09:00
Millimizin üzvü oynamadı, komandası qalib gəldi
-
20:08
Bekiri: “Qələbəyə layiq idik”
-
18:56
"Turan Tovuz” zirvəyə şərik oldu, "Qəbələ" autsayderi məğlub etdi
-
18:43
PFL prezidenti Elnur Cəfərovu mükafatlandırıb
-
18:32
"Turan Tovuz" 3 xalı 2 qolla qazandı VİDEO
-
17:25
Azər Bağırov: “Həmişə düzgün nədirsə, onun arxasındayam”
-
17:00
Berdiyev: “Təxribatlara cavab vermək olmaz"
-
14:12
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək
-
13:44
"Şamaxı" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:27
“Şahdağ Qusar”ın kapitanı: “Hədəfimiz çempionluqdur”
-
12:51
KONMEBOL-dan İnfantinoya dəstək
-
12:33
"Kəpəz" - "Qarabağ" oyununa görə Gəncədə ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq
-
12:08
İtaliya klubu millimizin hücumçusu ilə yeni müqavilə imzaladı
-
11:45
İmaməddin Xəlilov dünya çempionatının bürünc mükafatçısı olub
-
11:26
İki boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib
-
10:52
"Bavariya"ya üçün şok itki
-
10:34
Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”
22.11.2026
21.11.2026























