24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Xarici futbol

İlin ən yaxşı gənc oyunçusu oldu

“Filadelfiya Yunion”un yarımmüdafiəçisi Kavan Sallivan MLS-in ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb.

Futbolxeber.az saytının məlumatına görə, 17 yaşlı futbolçu bu uğuru ilə liqa tarixində mükafatın ən gənc sahibi olub.

Mükafat 2004-cü il yanvarın 1-dən sonra anadan olmuş ən yaxşı futbolçuya təqdim edilir. Qalib MLS oyunçularının, klubların texniki heyətinin və media nümayəndələrinin birgə səsverməsi ilə müəyyənləşir.

Sallivan yekun səsvermədə böyük fərqlə “Nyu-York Red Bullz”un iki futbolçusunu qabaqlayıb. Culian Holl ikinci, Adri Mehmeti isə üçüncü yeri tutub. Sallivan ilk tam mövsümündə 28 oyunda 9 qol vurub və 14 məhsuldar ötürmə edib. O, həmçinin ardıcıl 10 qarşılaşmada qol və ya assistlə yadda qalıb. Bu, MLS tarixində yeniyetmə futbolçular arasında ən uzun belə seriyadır.

Yarımmüdafiəçinin uğurlu çıxışı ABŞ millisinin heyətinin korpusunun da diqqətindən yayınmayıb. O, sentyabrda ilk dəfə əsas milliyə dəvət alıb və ABŞ yığmasının tarixində start heyətində meydana çıxan dördüncü ən gənc futbolçu olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30