23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”

Birinci Liqanın 8-ci turunda “Gəncəbasar”la heç-heçə etdikləri oyundan (0:0) sonra yarışın lideri olan “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, komandasının turnir cədvəlindəki ən yaxın izləyicisinə qarşı yaxşı oyun nümayiş etdirdiyini bildirib:

“Qarşımızda güclü komanda var idi. “Gəncəbasar”ı yaxşı təhlil etmişdik. Hücum xəttində təhlükəli futbolçuları olduğundan maksimum diqqətli oynamağa çalışdıq. Rəqibə, demək olar ki, imkan vermədik. Əksinə, özümüz də bir neçə qol epizodunu qaçırdıq. Qol vursaydıq, oyun başqa cür ola bilərdi. Futbolçular meydanda tapşırıqlarını maksimum yerinə yetirdilər”.

Baş məşqçi heç-heçənin çempionluq mübarizəsinə təsiri barədə danışarkən komandasının meydana yalnız qələbə üçün çıxdığını vurğulayıb:

“Biz qələbə üçün oynayırdıq. Meydanda da görünürdü ki, rəqib üçün səfərdə qazanılan bir xal yaxşı nəticə ola bilər. Amma bizim məqsədimiz üç xal idi. 90 dəqiqə ərzində hücum edən, pressinq göstərən və topu qazandıqdan sonra sürətli keçidlər edən tərəf biz olduq. Rəqib isə yaxşı müdafiə olundu”.

Füzuli Məmmədov bir neçə gün əvvəl sosial şəbəkələrdə onun “İmişli” klubuna təklif göndərməsi barədə yayılan məlumatlara da münasibət bildirib. O, bu iddiaların həqiqəti əks etdirmədiyini deyib:

“Elə bir şey heç vaxt olmayıb və ola da bilməz. Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam. Hazırda burada müqaviləm var və sonadək komandamın yanında olacağam. Heç bir təklif məni maraqlandıra bilməz. Bütün diqqətim komandadadır”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30