24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu

Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci matçını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 7-ci qrupda yer alan komanda II turda Türkiyənin "İstanbul" kollektivi ilə üz-üzə gəlib.

Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zəngəzur" I turda Polşanın "Dolnoşlyonski" komandasına 0:12 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30