16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda Georgios Pliasla (Yunanıstan) üz-üzə gəlib. Boksçumuz rəqibinə 3:2 (28:29, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Aşırəliyev ikinci cəhdində ilk mərhələdən azad olan Abdullah Rahalla (İsrail) döyüşəcək.

Nicat Alırzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda İdris Ahmed Xlifini (Belçika) üçüncü raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti qarşılaşmasında Edqaras Trotenskislə (Litva) gücünü yoxlayacaq.

Hər iki görüş noyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, çempionata noyabrın 24-də yekun vurulacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30