19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Asif Məmmədovdan 18 ilin rekordu

Azərbaycan Premyer Liqasının 8-ci turu "Qəbələ"nin futbolçusu Asif Məmmədovun meydana çıxması ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Sabah”la ev matçının (0:4) 88-ci dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi mövsümdə ilk dəfə şans qazanıb. O, 40 yaş 73 günlüyündə meydana çıxıb.

Bununla da Premyer Liqada son 18 mövsümün rekordu qeydə alınıb. Asif bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.

Premyer Liqa tarixində daha yaşlı futbolçunun meydana çıxmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub.

Sonuncu – XXVI turda “Qarabağ”la görüşdə “Karvan”ın qapıçısı Nadir Şükürov qol da buraxmayıb – 0:0. 2009-cu il mayın 17-də baş tutan qarşılaşmada qapıçı 42 yaş 82 günlüyündə matçı əvəzolunmadan keçirib.

Qeyd edək ki, Məmmədov bunadək Premyer Liqada son oyununu 2023/24 mövsümünün son trunda keçirib. O, 2024-cü il mayın 25-də “Sumqayıt”la səfər matçında (0:1) meydana çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31