14 Noyabr 2026, Şənbə
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Emin Mustafayevin baş məşqçi olduğu komanda Şimali İrlandiya qarşılaşıb. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçında Almaniyaya 0:7 hesabı ilə uduzan yığmamız 2 turdan sonra xal üzünə həsrətdir və qrup sonuncusudur.

U-17 qrupdakı son matçını noyabrın 17-də Litva seçməsinə qarşı keçirəcək.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə Avropa çempionatının seçmə mərhələsinin II raundunda bu dəfə Serbiya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 4:0.

U-19 ilk matçında Monteneqroya 2:7 hesabı ilə uduzmuşdu. 2 turdan sonra U-19 da xal üzünə həsrətdir və qrupda sonuncudur.

U-19 qrupdakı son matçında noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30