16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub

2027-ci il mayın 9-13-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıqla əlaqədar yol infrastrukturunun vəziyyəti Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin rəhbər vəzifəli şəxsləri ilə ətraflı müzakirə edilib.

Futbolxeber.az saytına bu barədə AzVİF-in mətbuat xidmətindən bildirilib.

AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov Azərbaycanın müasir və inkişaf etmiş yol infrastrukturuna malik olduğunu vurğulayaraq bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verir. O qeyd edib ki, bu ilin mayında keçirilmiş turnirdə iştirak edən xarici idmançılar, komandalar və rəsmi şəxslər ölkənin yol infrastrukturunu yüksək qiymətləndiriblər.

Bununla yanaşı, bəzi marşrutlarda, xüsusilə də onların işğaldan azad olunmuş, bərpa-təmir işləri hələ tam başa çatdırılmamış hissələrində müəyyən çatışmazlıqların olduğu da aşkarlanıb.

Yarışın hər bir mərhələsinin marşrutları nəzərdən keçirilərkən AAYDA İdarə Heyətinin sədr müavini Əli Hacıyev və qurumun Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri Şahin Mustafayev son bir neçə ayda yağan güclü yağışlar nəticəsində yolların bəzi hissələrinə ziyan dəydiyini diqqətə çatdırıblar. Ortaya çıxmış problemlərin aradan qaldırılması və ya bəzi marşrutlara dəyişikliklər edilməsi üçün AAYDA və AzVİF əməkdaşlarının birlikdə bütün yollara bir daha yerində baxış keçirmələri və bundan sonra konkret qərarlar verilməsi barədə razılığa gəlinib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30