16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə Komitə üzvləri, federasiya nümayəndələri ilə yanaşı, tanınmış güləş veteranları da iştirak edib. İclasda Azərbaycan güləşinin zəngin tarixi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində görülə biləcək işlər müzakirə olunub.

İclasın əsas müzakirə mövzusu Azərbaycan güləşinin tarixini əks etdirən kitabın hazırlanması olub. Bu istiqamətdə ilkin müzakirələr aparılıb, layihənin məzmunu, əhatə dairəsi və ərsəyə gətirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib.

Qeyd olunub ki, belə bir nəşrin hazırlanması Azərbaycan güləşinin keçdiyi tarixi yolu, görkəmli idmançıların və məşqçilərin xidmətlərini, əldə olunan nailiyyətləri sistemli şəkildə əks etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə səsləndirilən fikir və təkliflərin gələcək fəaliyyət planında nəzərə alınması, layihə ilə bağlı müzakirələrin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30