16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

U-20 millimiz 2 yoldaşlıq oyunu keçirəcək

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində 2 yoldaşlıq oyunu keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, Rui Jorjenin komandası hər iki görüşdə İraq yığması ilə qarşılaşacaq.

İlk oyun noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq. Komandalar arasında ikinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30