16 Noyabr 2026, Bazar ertəsi
Millimiz Andorraya qarşı
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi

Digər idman növləri

Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub

Xorvatiyanın Poreç şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimində Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin şans verəcəyi boksçulardan 2-si – Məhəmmədəli Aşırəliyevlə Nicat Alırzayev bu gün start götürəcək turnirin ilk günündə rinqə çıxacaqlar.

50 kq

Bilalhəbaşi Nəzərov – Katalin Turku (Moldova)

55 kq

Zidan Hümbətov – Badreddin Burauia (İtaliya)

60 kq

Məhəmmədəli Aşırəliyev – Georgios Pleas (Yunanıstan)

65 kq

Əli Abdullayev – Artur Kuzmenko (Ukrayna)

70 kq

Nicat Alırzayev – İdriss Əhməd Xlifi (Belçika)

75 kq

Abbasqulu Şadlinski – Arşak Bablumyan (Ermənistan) / Mixal Pejxala (Polşa) cütünün qalibi

+90 kq

Səbuhi Əlizadə – İşxan Hovsepyan (Ermənistan)

Qeyd edək ki, 9 gün davam edəcək yarışda 39 ölkədən 276 idmançı mübarizə aparacaq, qaliblərin adına isə noyabrın 24-də aydınlıq gələcək. Turnirdə Azərbaycanı Anar Nağdıyev hakim kimi təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30