14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Ölkə futbolu

Millimiz Lixtenşteynə qalib gəldi

Azərbaycan futbol millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb.

Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, Ayxan Abbasovun komandası digər matçın nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.

Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

13 noyabr

Lixtenşteyn - Azərbaycan - 0:1

Qol: Mahir Emreli, 26

Baş hakim: Kristo Tohver (Estoniya)

Vadust, “Rheinpark” stadionu

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30